12:15 - 24.08.2021
24 avgust, Fineko/abc.az. Mərkəzi Bank 2021-ci ilin ilk yarısında 25 not hərracı keçirib.
ABC.ABC.AZ Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 22-də isə 28 günlük notlar yerləşdirilib.
Ümumilikdə, yarımilliyin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 520 milyon manat təşkil edib.
Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb (5,76 faiz).
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026