Naxçıvana investisiya qoyuluşu cüzi artıb

15:16 - 23.08.2021


23 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 596 milyon 951,4 min manat vəsait yönəldilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd edilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 572 milyon 178,1 min manatı və ya 95,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb