11:26 - 23.08.2021
23 avqust, Fineko/abc.az. “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentləri tərəfindən yeni layihələrə əlavə olaraq 12 mln. manat investisiyanın qoyulması nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Hazırda Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir.
Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına ümumilikdə 36,6 mln. manat investisiya yatırılıb və 120 iş yeri yaradılıb.