Cari ildə $128 mln meyvə-tərəvəz idxalı olub

12:10 - 20.08.2021


20 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında ölkəyə 223,6 min ton meyvə-tərəvəz idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 128,2 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə 124 milyon dollarlıq 206,1 min ton meyvə-tərəvəz idxal olunub.