Azərbaycan Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

15:42 - 18.08.2021


18 avgust, Fineko/abc.az. Yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, İrana ixracın dəyəri 17,3 milyon dollar, BƏƏ-yə 7,8 milyon dollar, Səudiyyə Ərəbistanına isə 2,8 milyon dollar olub. BƏƏ və Səudiyyə Ərəbistanına ixracın dəyərində artım, İrana isə azalma müşahidə edilib.