15:05 - 10.08.2021
10 avgust, Fineko/abc.az. Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Prezident İlham Əliyev Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,96 milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrıldı.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026