Agentlik tender keçirir

11:16 - 9.08.2021


9 avgust, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələri”nin satınalınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 27.08.2021 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06.09.2021 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 07.09.2021 18:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Əhmədağa Salayev

Telefon: (994 055) 224 42 41