Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi artıb

11:21 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Bugün Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 40 faizədək artığını qeyd edib.

Nazir bildirib ki, hər iki ölkənin ticarət dövriyyəsini daha da artırması üçün böyük potensialı var.