12:08 - 2.08.2021
2 avqust, Fineko/abc.az. Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.
AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.