11:17 - 26.07.2021
26 iyul, Fineko/abc.az. Şanxay Almaz Birjasının (SDE) ticarəti yolu ilə idxal edilən almazların dəyəri ilin ilk yarısında rekord səviyyəyə çatıb.
ABC.AZ-ın məlumatına görə, bunu Şanxay Gömrük İdarəsindən bildiriblər.
Məlumatda qeyd olunub ki, 2000-ci ilin oktyabr ayında fəaliyyətə başlamış SDE, Çində almaz idxalı və ixracı üçün icazəsi olan yeganə əməliyyat platformasıdır.
Ölkənin almaz idxalı, 2021-ci ilin ilk yarısında, keçən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə və 2019-un eyni dövrü ilə müqayisədə isə 45,3% artımla 10,5 milyard yuan (təxminən 1,6 milyard dollar) təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026