11:44 - 17.07.2021
17 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,6 milyon ABŞ dolları dəyərində 39 643 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
ABC.AZ-ın məlumatına görə, bu avtomobillərin 4 878-i (30 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 36-sı (1,25 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 56,1% azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 2,1 dəfə artaraq 2 794 ədəd (40,95 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 36% azalaraq 48 ədəd (6,4 milyon ABŞ dolları dəyərində) olub.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026