11:22 - 17.07.2021
17 iyul, Fineko/abc.az. 2021-ci ilin ilk 6 ayında (yanvar-iyun) Azərbaycandan 123 milyon 588 min dollar dəyərində 113 min 837 ton pomidor ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 6 ayı ilə müqayisədə 2021-ci ilin ilk 6 ayında miqdar ifadəsilə 24%, dəyər ifadəsilə 24% azalıb.
2020-ci ilin ilk 6 ayında Azərbaycandan 162 milyon 316 min dollar dəyərində 148 min 833 ton pomidor ixrac edilmişdi.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026