Hansı stansiyalarda nə qədər elektrik istehsal olunub - Siyahı

12:04 - 15.07.2021


15 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 mln. kVt·st artaraq 12.247,5 mlrd. kVt·st, SES-lərdə 92,5 mln. kVt·st artaraq 772,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt·st olub.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, külək elektrik stansiyalarında 47,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11.829,2 mlrd. kV·ts (İES-lərdə 11.153,0 mlrd. kVt·st, SES-lərdə 676,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211,0 mln. kV·st (İES-lərdə 99,9 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 24,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 1.131,1 mlrd. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt·st, idxalı isə 88,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt·st artıb.