12:25 - 12.07.2021
12 iyul, Fineko/abc.az. 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.
ABС.AZ BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir ki, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2019-cu ilin sonuna olan göstərici ilə eynidir.
Hesabata əsasən, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.
BP-nin dünya energetikası üzrə statistik icmalına əsasən, bu da daha əvvəlki ilin göstəricisinə bərabərdir.
18 Avqust 2026
17 Avqust 2026