10:28 - 12.07.2021
12 iyul, Fineko/abc.az. Uzun müddət fəaliyyəti dondurulmuş “Kürdəmir Broyler” yenidən işə salındı, ili mənfəətlə başa vurdu.
ABC.AZ xəbər verir ki, 2020-ci ildə fəaliyyəti bərpa edilən “Kürdəmir Broyler” ASC maliyyə göstəricilərini açıqlayıb.
Ötən il ASC-nin gəlirləri 60 min 765 manat olan şirkətin xərcləri 58 min 786 manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən “Kürdəmir Broyler”in 1979 manat xalis mənfəəti yaranıb.
31 Dekabr 2020-ci il tarixində “Kürdəmir Broyler” ASC 323 min 256 manat cəmi aktivlərə malik olub.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026