16:53 - 7.07.2021
7 iyul, Fineko/abc.az. Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk 5 ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.
ABC.AZ-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026