15:33 - 7.07.2021
7 iyul, Fineko/abc.az. Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postu yaxın vaxtlarda istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı məlumatı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
Komitə sədri qeyd edib ki, hazırda bu gömrük postunda tikinti işləri davam etdirilir.
"Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək", deyə S. Mehdiyev əlavə edib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026