17:30 - 6.07.2021
6 iyul, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Toqo Respublikasının Maritaym, Nigeriya Federativ Respublikasının Bayelsa və Delta inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Toqo Respublikasının Maritaym, Nigeriya Federativ Respublikasının Bayelsa və Delta inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a verilən məlumata görə, eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Toqonun və Nigeriyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026