17:25 - 6.07.2021
6 iyul, Fineko/abc.az. ABŞ-ın “Marathon Petroleum Corporation” 2020-ci ildə kəskin maliyyə itkisi ilə üzləşib.
ABC.AZ maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.
Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib.
Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib.
Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026