11:47 - 6.07.2021
6 iyul, Fineko/abc.az. “Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.
ABC.AZ xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkətindən bildiriblər.
Qeyd olunub ki, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir.
Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.
Müəllif: Elmir Murad