Qiymətlər qalxanda bunun real səbəbini demirik - Deputat

12:30 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti qalxıb. Qiymətlər qalxanda biz bunun real səbəbini demirik. Çalışırıq ki, bunu əsaslandıraq ki, bu, elə camaatın xeyrinədir.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında deyib.

O qeyd edib ki, bunun adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir.

"Amma hansı məqsədlə edilir, edilsin, qiymət qalxır. Xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkirlər. Buna görə də bizim Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir”-, deyə deputat vurğulayıb.