14:21 - 11.06.2021
11 iyun, Fineko/abc.az. Azərbaycanda əhalinin cəmi 7 faizi 65 yaşdan yuxarıdır. Bizdə isə pensiya yaşı 65 yaşdır.
ABC.AZ xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə pensiya yaşının çox olmasından danışarkən deyib.
O qeyd edib ki, deməli, əhalinin cəmi 7 faizi bu haqdan istifadə edir.
Deputat bunu belə izah edib: "Bu o deməkdir ki, ortalama ömür uzunluğu azdır. Buna görə də pensiya yaşını da aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini mütərəqqi adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni 31 %-lə 60 % eyni pensiya alacaq?! Burada 100 % sağlamlığın itirilməsi ölüm deməkdir"
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026