15:22 - 31.05.2021
31 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi məlum olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə aparılan əməliyyatlar 112,2 mln. manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrünə nibətən 51,6% azalma deməkdir.
Cari ilin aprel ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 28,3 mln. manatlıq əməliyyat aparıblar ki, bu da mart ayı ilə müqayisədə 15,3% azdır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min xarici vətəndaş gəlib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi deməkdir.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026