10:55 - 31.05.2021
31 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olmuş məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakcılara 280 milyon 298,8 min manatlıq, o cümlədən 179 milyon 847,2 min manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları,100 milyon 451,6 min manatlıq qeyri-ərzaq malları satılıb.
Müqayisə üçün qeyd edək ki, bu 2020-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tutun məmulatları üzrə 0,1 faiz, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz artıq deməkdir.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026