“Merkuri” BOKT-da bəzi göstəricilər üzrə kiçilmələr var - SİYAHI

10:37 - 31.05.2021


31 may, Fineko/abc.az. “Merkuri” QSC bank olmayan kredit təşkilatının (BOKT) xalis mnfəəti kəskin azalıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, sözügedən BOKT 2020-ci ili 66 min manat xalis mənfəətlə başa vurub.

Bu isə 2019-cu illə müqayisədə 67,8% azdır. Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 83 min manat, mənfəət vergisi ödəmələri isə 17 min manat təşkil etmişdi.

Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3 milyon 555 min manat olub ki, bu da illik müqayisədə 2,1% azdır. Bunun 2 milyon 631 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 12,2% kiçilib.

Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 4,2% artaraq 2 milyon 755 min  manata çatıb, balans kapitalı isə 18,9% azalaraq 800 min manata düşüb.