Tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı kəskin artıb

15:42 - 27.05.2021


27 may, Fineko/abc.az. Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

M.Cabbarov qeyd edib ki, 2021-ci ilin 3 ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1% artıb:

"Tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4% artım vardır. Ödənilən aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1% çoxdur".