Avropanın nəhəng Bankı ABŞ bazarını tərk edir - Yeni strategiyaya keçir

14:34 - 27.05.2021


27 may, Fineko/abc.az. Avropanın nəhəng bankı “HSBC” ABŞ-ın pərakəndə bank sektorunu tərk edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən bank ABŞ-da zərərlə fəaliyyət göstərən xidmətlərin bir qismini satıb, digərlərini isə bağlayıb.

Bankın ABŞ-dan getməsi diqqəti Asiyaya yönləndirməsi ilə əlaqləndirilir.

Belə ki, “HSBC” rəsmiləri fevralda strategiyasında dəyişiklik edəcəklərini bildirnişdilər.

Müəllif: Elmir Murad