12:08 - 27.05.2021
27 may, Fineko/abc.az. Bu ayın sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.
Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq.
Ölkə üzrə biçinə ümumilikdə 2 000-ə yaxın taxılbiçən kombayn cəlb olunacaq. Bunun 700-ü “Aqroservis”in, 1 284-ü isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalarıdır.
Müəllif: Elmir Murad
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026