Əhalinin pul yığmağa meyilliyi niyə azalıb? – Detallar

10:19 - 25.05.2021


25 may, Fineko/abc.az. Ötən il Azərbaycanda əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“İl ərzində əhalinin əmanətləri üzrə 5,3% azalma müşahidə edilib. Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməmiş, əksinə, əhali əmanətlərinin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb. İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər" - hesabata verilən rəydə belə qeyd olunub.