11:31 - 24.05.2021
24 may, Fineko/abc.az. Xarici dövlətlərə verilmiş kreditlər üzrə 2020-ci ildə dövlət büdcəsinə daxilolmalar proqnozlaşdırılandan 139,6 dəfə çox olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2020-ci il dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 milyon 381 min manat proqnozlaşdırılsa da, daxilolmaların həcmi 332 milyon 453,4 min manat olub.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026