14:39 - 20.05.2021
20 may, Fineko/abc.az. 2021-ci ildə yanvar-aprel aylarında Azərbaycana idxal olunan ətin miqdarı məlum olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 12,1 min ton ət idxal edilib. idxal edilən ətin dəyəri 20,6 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 4 ayında 29,3 milyon dollarlıq 16,3 min ton ət idxal edilib.