Azərbaycanın süd idxalı azalıb - Dörd ayın hesabatı

14:24 - 20.05.2021


20 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında ölkəyə 2537 ton süd idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 3,7 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 5,7 milyon dollarlıq 3239 ton süd idxal edilib.