AMB valyuta hərracında banklara $58,95 mln. satıb

12:43 - 20.05.2021


20 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 20-də valyuta hərracında banklara $58,95 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $58,95 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.