Bu BOKT-un səhmdarları dəyişdi

11:55 - 20.05.2021


20 may, Fineko/abc.az. Azərbaycandakı səhmdarları xarici olan Bank Olmayan Kredit Təşkilatı əl dəyişib.

ABC.AZ-ın məlumatına görə, Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investments Limited” şirkəti, 100% sahib olduğu, Azərbaycandakı “M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC-ni 2 fiziki şəxsə ötürüb.

BOKT-un yeni səhmdarları Tolbaev Babyrzhan (4.07) və Kokarev Alexeydir (95.93). "Mol Bulak"ın nizamnamə kapitalı 10 milyon 408 min manatdır.