Ölkədə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri azalıb - Hesabat

11:35 - 20.05.2021


20 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,6 milyard manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3% azalma deməkdir.

Sözügedən dövrdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6% azalaraq 14,0 milyard manata bərabər olub.

Onun 47%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla 365,5 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 7,6 manat az vəsait xərcləyib.