16:30 - 19.05.2021
19 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycandan ixrac edilən məhsulların çeşidi və həcmi məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Komitədən qeyd olunub ki, sözügedən dövrdə 1934 çeşiddə məhsul ixrac edilib. Müqayisə üçün qeyd edək ki, 4 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 6 milyard 364,3 milyon ABŞ dolları olub.