15:57 - 19.05.2021
19 may, Fineko/abc.az. Bu ilin ilk 4 ayında ölkədən 49 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 31,4 milyon ABŞ dollarından çox olub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında 15 milyon dollarlıq 20,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.