Dörd ayda Azərbaycan nə qədər pambıq lifi ixrac edib?

15:31 - 19.05.2021


19 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycandan 64,6 min ton pambıq lifi və 5643 ton pambıq ipliyi ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 96,9 milyon dollar, pambıq ipliyinin dəyəri isə 15,2 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında 45 milyon dollarlıq 32,4 min ton pambıq lifi, 8,7 milyon dollarlıq 3835 ton pambıq ipliyi ixrac edilib.