Azərbaycanın şəkər tozu ixracı artıb

15:07 - 19.05.2021


19 may, Fineko/abc.az. Bu ilin dörd ayında 25,9 min ton şəkər tozu ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 13,3 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 4,5 milyon dollarlıq 10,9 ton şəkər tozu ixrac edilib.