Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi azalıb – Hesabat

11:48 - 19.05.2021


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycan ticarət dövriyyəsinin dəyəri 335,6 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ-ın Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Məlumata görə, bu, illik müqayisədə 8,5 % azdır.

İlk dörd ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.