16:02 - 18.05.2021
18 may, Fineko/abc.az. 2020-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 901 mln. ABŞ dolları (1,531 mlrd. manat) təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatlarına görə, bu, 2019-cu illə müqayisədə 9,8% azdır.
Hesabat ilində bir köçürmənin orta məbləği 341 dollar təşkil edib.
Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.
Qeyd edək ki, ümumi pul köçürmələrinin 33,1%-i ödəniş sistemləri vasitəsilə həyata keçirilib. Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (4,420 mlrd. dollar).
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026