14:08 - 16.05.2021
16 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 89 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub. Hesabata əsasən, 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 36,8 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 4 milyard 506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə 1 milyard 975,8 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artıb, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalıb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026