16:21 - 29.04.2021
29 aprel, Fineko/abc.az. Bu ilin may ayının sonunadək Qazaxıstanda Azərbaycanın ticarət evinin açılışı planlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, bunu “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.
O qeyd edib ki, bu ticarət evi daha sonra Qazaxıstanın müxtəlif bölgələrində də açılacaq.
Onun sözlərinə görə, ticarət evlərinin filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026