14:23 - 29.04.2021
29 aprel, Fineko/abc.az. İlin birinci rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub.
ABC.AZ-ın məlumatına görə, statistik rəqəmlər “BP Azərbaycan” şirkətinin 2021-ci ilin birinci rübünün yekunları ilə bağlı açıqlamasında qeyd olunub.
Məlumata görə, rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.