11:56 - 29.04.2021
29 aprel, Fineko/abc.az. 2020-ci ilin yekunlarına görə nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı 1,3 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayına istinadən xəbər verir ki, bura yük daşımaları xidməti üzrə 1,1 milyard ABŞ dolları, sərnişin daşımaları üzrə 36,3 milyon ABŞ dolları, digər nəqliyyat xidmətləri ixracı üzrə isə 118,3 milyon ABŞ dolları daxildir.
Habelə, turizm xidmətləri üzrə 47,4 milyon ABŞ dolları, tikinti xidmətləri üzrə 28,9 milyon ABŞ dolları, maliyyə xidmətləri üzrə 9 milyon ABŞ dolları, digər işgüzar xidmətlər üzrə isə 542 milyon ABŞ dolları təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026