Birinci rübdə ixrac olunan malların həcmi açıqlanıb

11:47 - 29.04.2021


29 aprel, Fineko/abc.az. 2021-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, sözügedən dövrdə pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı da 9 milyon ABŞ dolları olub.

Heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı isə 2 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.