11:38 - 29.04.2021
29 aprel, Fineko/abc.az. Bildiyiniz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayı dərc olunub.
ABC.AZ-ın məlumatına görə, bəhs olunan sayda 2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısı təqdim edilib. Siyahıya 31,4 milyon ABŞ dolları ixracı ilə pambıq mahlıcı başçılıq edir.
İkinci yerdə 13,7 milyon ABŞ dolları məbləğində ixracla polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qərarlaşıb.
Qabığı təmizlənmiş meşə fındığı 9,7 milyon ABŞ dollarlıq ixracla üçüncü olub.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026