11:14 - 29.04.2021
29 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında qeyd olunub.
Bəhs olunan sayda vurğulanıb ki, 2021-cu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü ( 9,7 milyon ABŞ dolları) olub.