12:27 - 26.04.2021
26 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC yenidən təşkil olunur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, buna səbəb səhmdar cəmiyyətinin 4 şirkətinin - "Dəmiryolservis", "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi", "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" və “ADY Servis” MMC-lərin, eləcə də “Əsaslı Təmir” MMC-nin ləğv olunaraq 1-ciyə qoşulmasıdır. Yenidən təşkil olunma başa çatdıqdan sonra şirkət “ADY Tikinti” adlandırılacaq.
ADY ilə bağlı daha bir yenilik isə quruma məxsus "Təsərrüfat idarəsi" MMC-nin də ləğv olunmasıdır.
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026