16:35 - 23.04.2021
23 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.
Memoranduma əsasən, hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026